Nərimanov Rayon Məhkəməsindən absurdd qərar - HAKİM AYTƏN NOVRUZOVA "YOUTUBE" KANALINA "GİRİŞİN MƏHDUDLAŞDIRILMASI" BARƏDƏ QƏRAR ÇIXARIB

Nərimanov Rayon Məhkəməsinin Youtube kanallarından birinə qarşı məhdudlaşdırma qərarı çıxarması barədə məlumatlar yayılıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri jurnalist Pərviz Həşimli sosial şəbəkə hesabında yazıb.

Jurnalist yazıb ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova youtube kanallarından biri haqqında “kanala giriş məhdudlaşdırılsın” qərarı çıxarıb.

Bu isə həmin hakim barəsində gülüşə səbəb olub.

Gununsesi.info xəbər verir ki, söhbət “Hürriyyət” qəzetinin eyniadlı youtube kanalından gedir. Kanala girişin məhdudlaşdırılması ilə bağlı Baş Prokurorluq məhhkəməyə ərizə ilə müraciət edib.

Mülki qaydada edilmiş müraciətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxs qismində tanınıb. Prokurorluq müraciətini onunla əsaslandırıb ki, “Hurriyet TV” kanalında yayılması qanunla qadağan edilən informasiyalar yayılıb.

“İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.11-cü maddəsinə əsasən də qanunla yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Bu cür hallar müəyyən edildikdə isə müvafiq icra orqanı qanuna uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Bu yaxınlarda sözügedən qanunu pozduğuna görə “Hürriyyət qəzeti Redaksiyası” MMC-nin baş redaktoru Vüqar Məmmədov inzibati məsuliyyətə cəlb edilib.

Ərizəyə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-20-ci, 355-21-ci 355-22-ci maddələri rəhbər tutulmaqla Baş Prokurorluğun ərizəsi təmin edilməlidir. Qərara əsasən “Hurriyet TV” youtube kanalına giriş məhdudlaşdırılmalıdır.

Ancaq hakim bu qərarı çıxararkən bunun tüxniki cəhətdən mümkünsüzlüyünü nəzərə almayıb.

Gununsesi.info