Bu zavodun 1300 işçisi məcburi məzuniyyətə göndərilir

  • By admin
  • 16 Noyabr 2016 17:55

x%c9%99z%c9%99r

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir.

Gununsesi.info azadlıq.info-ya istinadən xəbər verir ki, bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi məlumat verib.

“Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma idarənin gəmiləri digər firmalara icarəyə verilir. Halbuki, idarənin öz işçiləri həmin işləri görə bilər”,- məlumatda bildirilir.

Redaksiyamıza müraciət edən şəxs Gəmi Təmiri Zavodunda gəmilərin doğranaraq “metalloma” verildiyini də bildirib.

Gununsesi.info