Büdcə müzakirələri bu gün də davam edir

  • By admin
  • 22 Noyabr 2017 12:06

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir.

Gununsesi.info-nun məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Hökumət üzvlərinin də iştirak etdiyi iclasda Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Poçt haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

Gununsesi.info