
Bu ilin birinci rübündə dövlət büdcəsindən maliyyələşən istehlakçıların istifadə etdikləri elektirk enerjisində 3.5 milyon manatlıq qənaət qeydə alınıb.
Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.
Məlumatda qeyd edilir ki, yanvar-mart aylarında büdcədən maliyyələşən istehlakcılar 340 min kVat\saat və ya 30.6 milyon manat həcmində elektrik enerjisi istifadə ediblər. Ondan cəmi 26.5 milyon manatı ödəniş həyata keçirilib.
Təbii qazdan isə bu ilin birinci rübündə isə 1 milyon manatlıq israf baş verib. Belə ki, 54. 8 min m3 və ya 10.9 milyon manatlıq qaz istehlak edilib.
Büdcədən maliyyələşən dövlət təşkilatlarının su istehlakında isə 1.7 milyon manatlıq qənaəti qeydə alınıb. Statistikada göstərilir ki, birinci rüb ərzində sözügedən təşkilatlar 4.5 min m3 su istehlak edib. Bu isə dəyər formasında 4.5 milyon manat təşkil edir.
Vüsalə
Gununsesi.info