
“Azərbaycan iqtisadiyyatında xarici borcların bu sürətlə artması neqativ haldır”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Məhəmməd Talıblı qeyd edib.
Talıblı hesab edir ki, xarici borcun miqyası ildən-ilə yox, özü də aydan-aya artır: “ Bizim əvvəllər dövlət büdcəsi xərclərində “xidməti borclar” bölməsində daxili və xarici borcların səviyyəsi büdcə xərclərinin illər üzrə 0,5-3 faizə qədər dəyişirdi. Bu ilin dövlət büdcəsində bu xidmətə yönəlik xərclər 1,6 milyard manat təşkil edəcək. Bu isə büdcə xərclərinin təxminən 10 manatından 1-nin sərf olunması deməkdir. Və ya bu büdcə xərclərinin və ya 9,7 faizi alınan borclar üçün sərf olunacaq”.
Iqtisadçını sözlərinə görə, xarici borcların miqyasını artıran bir neçə faktor eyni zamanda ziyanımıza işləyir: “Birincisi, dolların manat qarşısında dəyər qazanması və manatla əldə edilən gəliri dollara konvertasiyası zamanı ödəmə qabiliyyətinin aşağı düşməsi və əlçatanlığın zəifləməsidir.
İkincisi, xarici borclamalarla bağlı bağlanmış kredit sazişlərinin sayı və həcmi artır. Bu isə xarici borcun toplam həcmini artırır.
Üçüncüsu, ÜDM-in həcmi ildən-ilə zəifləyir. ÜDM-in həcmi kiçiləndə onda xarici borcun xüsusi payı daha da artır ki, bu da təhlükəli həddə yaxınlaşmağı və qırmızı xətti keçməiyimiz sürətləndirir.
Məlumat üçün bildiriim ki, beynəlxalq normalar baxımından yanaşsaq, xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu artıq təhlükəli zolağa daxil olmaq deməkdir. Bunu ÜDM-in və xarici borcun dollarla ifadəsi onu deməyə imkan verir.
Amma Azərbaycan hökumətinin maliyyə idarəçiliyində olan nöqsanları ilə bərabər, beynəlxalq maliyyə qurumlarının məsuliyyətləri az deyildir. Açığı mən bu işdə təkcə Azərbaycan hökumətinin səriştəsiz idarəçiliyi ilə bərabər beynəlxalq birlikləri, o cümlədən maliyyə qurumlarını da qınayıram. Dünya Bankı başda olmaqla digər banklar qrupu verilmiş kreditlər üzərində vətəndaş cəmiyyəti insitutlarını prosesə cəlb etməklə effektiv monitorinq işini təşkil etmədi. Bu isə şəffaflıqla bağlı problemlərin meydana çıxmasına, şübhəli və risk yaradıcı amillərin daha da güclənməsinə gətirib çıxardı. Mən bunu böyük uğursuzluğun başlanğııcı hesab edirəm. Məhz hər şey səhv start xəttindən başlandı. Bugünkü reallığımız isə həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı”.
Vüsalə Rüstəmova
Gununsesi.info