2020-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 milyard 821 milyon manat təşkil edib.
Gununsesi.org bu barədə statistik göstəricilərə istinadən xəbər verir.
Müvafiq dövrdə dövlət büdcəsinin xərcləri isə 1 milyard 402 milyon 900 min manat olub.
Büdcənin icrasında 418,1 milyon manatlıq və ya Ümumi Daxili Məhsulun (ÜDM) 6,4 faizi qədər profisit yaranıb.
Qeyd edək ki, profisit büdcə artıqlığı deməkdir. “Büdcə sistemi haqqında” qanuna görə, profisit büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.
Azərbaycanda 2020-ci ilin yanvar ayında ÜDM-in həcmi 6 milyard 520 min 200 manat təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiqlənib.
Dövlət büdcəsi kəsirinin (defisit) yuxarı həddi 2 milyard 760 milyon 200 min manat məbləğində təsdiq edilib.
Defisit büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir.