“Büdcədə kəsrin yaranmasına faciə kimi baxmaq yanlış düşüncədir” -sabiq nazir

  • By admin
  • 29 İyul 2016 13:31

fikret_yusifov_080515

 

“Neft Fondunda nəzərdə tutulan vəsaitlərin tam alınmaması isə vəsait çatışmazlığı səbəbindən deyil,büdcə xərclərinə ciddi qənaət olunduğu bir şəraitdə ölkənin maliyyə sistemi üçün daha bir önəmli vəzifənin – manatın sabitliyinin qorunub saxlanması vəzifəsinin həllinə qismən dəstək vermək məqsədilə edilib”.

Bunu Gununsesi.info-ya açıqlamasnda sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, valyuta bazarında vəziyyətin tənzimlənməsi, manatın idarə olunan üzən məzənnəyə keçdiyi bir şəraitdə mühüm məsələdir. “Buna görə də Neft Fondunun valyuta bazarına çıxışında təkcə büdcəyə ödəniş deyil, eyni zamanda manatın məzənnəsi ilə bağlı bəlli bir siyasətin reallaşdırılması zərurəti də yaranır. Digər tərəfdən Maliyyə Nazirliyi yaranmış böhranlı vəziyyətdə xərclərə maksimum qənaət rejimi tətbiq etdiyindən Fonddan ayrılmalı olan vəsaitin bir qismi də ona maliyyələşdirdiyi müdafiə olunan xərcləri bağlamaq üçün kifayət edir. Ona görədə bu addımları bütövlükdə ölkədəki maliyyə sabitliyinin təmin olunmasına hesablanmış bir addımlar kimi dəyərləndirmək lazımdır”- deyə, sabiq nazir vurğulayıb. F.Yusifov bu səbəbdən də, Neft Fondundan vəsaitlərin dövlət büdcəsinə tam köçürülməməsi hesabına yaranmış kəsirdən faciə düzəltməyə ehtiyac görmür. Maliyyə nazirliyi bu günllərdə dövlət büdcəsinin 2016-cı ilin birinci yarısında icrası barədə hesabatı ilə bağlı mövqeyini açıqlayan sabiq nazir deyib ki, hesabata əsasən yarım il ərzində büdcəyə proqnozla nəzərdə tutulduğundan 21.1% və ya 687,7 milyon manat az vəsait daxil olub.

O, deyib ki, bir çox ekspertlər nazirliyin açıqladığı hesabatdan sonra büdcənin gəlirlərində yaranmış bu vəziyyəti cəmiyyətə az qala ölkədə maliyyə kollapsı kimi təqdim etmək istəyirlər. “Gəlin görək büdcənin icrasındakı mövcud durumu bu qədər dramatikləşdirməyə ehtiyac varmı? Bunun üçün rəqəmlərin dili ilə danışıb, məsələyə tam aydınlıq gətirməyə çalışaq. Qoy oxucularımız da əsil reallığın nədən ibarət olduğunu arqumentlərlə və faktlarla görə bilsinlər. Nədənsə büdcənin gəlirlərində cari ilin birinci yarısında yaranmış kəsiri görənlər ölkənin büdcə sistemindəki başqa bir pozitiv vəziyyəti – dövlət büdcəsini, Naxçıvan Muxtar Respublikasının büdcəsini, Dövlət Neft Fondunun (DNF) və Dövlət Sosial Müdafiə Fondunun büdcələrini özündə birləşdirən İcmal Büdcənin gəlirlərinin, onun xərclərindən 1 milyard 37 milyon manat çox olduğunu “görə bilməyiblər” və ya görmək istəməyiblər. Əslində hesabat dövründə dünya bazarlarında neftin qiymətləri orta hesabla 40 dollardan artıq olduğu və büdcədə neftin qiymətləri bir barel üçün 25 dollar nəzərdə tutulduğu bir vəziyyətdə, DNF-in büdcəyə daha çox vəsait köçürməli idi. Bəs necə olub ki, Fond hesabat dövründə nəzərdə tutulan vəsaitin yalnız yarısına qədərini büdcəyə köçürə bilib? Bunun səbəblərini ayrınlaşdırmağa çalışaq.Neft Fondu neftin satışından vəsaitləri xarici valyutada – əsasən ABŞ dolları ilə əldə edir, onun büdcə qarşısındakı öhdəlikləri isə manatla həyata keçirilir. Deməli bu öhdəlikləri yerinə yetirmək üçün Fond neftin satışından əldə etdiyi xarici valyutanı ilk öncə valyuta bazarına çıxarmalıdır. Xarici valyutanı bazara çıxarmaqla Fond təkcə büdcə qarşısında öhdəliklərinin yerinə yetirmir, o, bununla eyni zamanda valyuta bazarında əsas iştirakçılardan biri kimi bazara təsir etmək imkanlarına sahib olur. Valyuta bazarında vəziyyətin tənzimlənməsi, manatın idarə olunan üzən məzənnəyə keçdiyi bir şəraitdə mühüm məsələdir. Buna görə də Neft Fondunun valyuta bazarına çıxışında təkcə büdcəyə ödəniş deyil, eyni zamanda manatın məzənnəsi ilə bağlı bəlli bir siyasətin reallaşdırılması zərurəti də yaranır. Digər tərəfdən Maliyyə Nazirliyi yaranmış böhranlı vəziyyətdə xərclərə maksimum qənaət rejimi tətbiq etdiyindən Fonddan ayrılmalı olan vəsaitin bir qismi də ona maliyyələşdirdiyi müdafiə olunan xərcləri bağlamaq üçün kifayət edir. Ona görədə bu addımları bütövlükdə ölkədəki maliyyə sabitliyinin təmin olunmasına hesablanmış bir addımlar kimi dəyərləndirmək lazımdır” – deyə, F. Yusifov vurğulayıb. F.Yusifov hesab edir ki, bu səbəbdən, Neft Fondundan vəsaitlərin dövlət büdcəsinə tam köçürülməməsi hesabına yaranmış kəsirdən faciə düzəltməyə ehtiyac yoxdur: “Bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində Hökumət və Mərkəzi Bank vəsaitlərdən,xüsusilə valyuta vəsaitlərindən maksimum qənaətlə və tam səmərəli istifadə etməyə və bu zaman milli valyutanın sabitliyi üçün bütün mümkün olan addımları atmağa borcludurlar. Barəsində danışdığımız bu addım da həmən sıradan olan addımlardan biridır”. Büdcədəki kəsrin yaranma səbəbini açıqlayan F.Yusifov deyib ki, bəs onda yarım ildə Fonddan büdcəyə köçürmələr nəzərə alınmadan necə icra olunmasına baxmaq lazımdır: “ Beləliklə, büdcənin gəlirlərinin kəsirlə icrasının səbəbi Fondun yarım il üçün proqnozlaşdırılan vəsaitlərin nəzərdə tutulduğundan az daxil olmasıdır. Bu amil nəzərə alınmasa, büdcə uğurla icra olunub. Fonddan nəzərdə tutulan vəsaitlərin tam alınmaması isə vəsait çatışmazlığı səbəbindən deyil,büdcə xərclərinə ciddi qənaət olunduğu bir şəraitdə ölkənin maliyyə sistemi üçün daha bir önəmli vəzifənin – manatın sabitliyinin qorunub saxlanması vəzifəsinin həllinə qismən dəstək vermək məqsədilə edilib”.

Mürtəza

Gununsesi.info