Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsundə qeyd olunub.
Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manatdan 33 779 500,0 min manata, xərcləri 33 353 278,0 min manatdan 36 568 800,0 min manata qaldırılır.
Dövlət büdcəsi xərclərinin məbləği 36568,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3215,5 mln. manat və yaxud 9,6% çoxdur.
Gununsesi.info