Büdcəyə bərpa olunan vəsait dəryada damladır -  ƏLİ MƏSİMLİ ŞİKAYƏTLƏNDİ

  • By admin
  • 14 Aprel 2017 13:45
MESIMLI
Deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı bildirib ki, hesabat daha çox faktaloji materiallara hesablandığı üçün əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar.
Gununsesi.info-nun xəbərinə görə, deputat sonra deyib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil:
“Pensiya yaşının artırılması, işıq, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kolgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik”.
Onun sözlərinə görə, büdcəyə bərpa olunan vəsait dəryada damladır:
“Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar.Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbinm tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.
KAMİL
Gununsesi.info