
Neft sektorundan daxilolmaların dövlət büdcəsi gəlirlərində 2016-cı ildə proqnozlaşdırılan 54.8 faizdən, 2017-ci ilin proqnozlaşdırılan dövlət büdcəsində 49.2 faiz-dək azalma gözlənilir.
Gununsesi.info bunu Hesablama Palatasının 2017-ci ilin dövlət büdcəsində dair rəyinə istinadən bildirir.
Hesablama Palatasının rəyinə görə, 2017-ci ildə neft sektorundan daxilolmalar 7.8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, 2016-cı ilin proqnozunda bu rəqəm 9.2 milyard manat təşkil edir.
Bu daxilolmalardan:
– Dövlət Neft Fondundan (DNF) transfert 6.1 milyard manat
– ARDNŞ-in vergi ödənişlərindən 1.2 milyard manat
– Hasilatın Pay Bölgüsü üzrə mənfəət vergisindən- 475 milyon manat.
2017-ci il üçün proqnozlaşdırılmış azalma əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin həcminin əvvəlki illə müqayisədə 20 faiz az proqnozlaşdırılması ilə bağlıdır.
DNF-nin transfertinin dövlət büdcəsi gəlirlərindəki payı 45,3%-dən 38,2%-dək azalıb. Bu addım makro-fiskalçərçivənin balanslaşdırılması ilə yanaşı DNF-nin aktivlərinin qorunmasına da xidmətedəcəkdir.
Dövlət büdcəsində neftin qiyməti 40 ABŞ dolları məbləğində götürülüb.
Təhlil göstərir ki, yalnız DNF-nin gəlirləri nəzərə alınmadan hesablanan qeyri-neftbüdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 23,1%, bütün neft komponentləri nəzərəalınmaqla 27,3% nisbətində proqnozlaşdırılıb.
Vüsalə Rüstəmova
Gununsesi.info