Büdcə kəsiri rekord həddə çatdı

  • By admin
  • 15 Sentyabr 2016 12:59

budca

Dövlət büdcəsinin gəlirlər 25 faiz, xərcləri isə 17.8 faiz olub.

Bu ilin 7 ayında Azərbaycan dövlət büdcəsinin kəsiri 1 milyard 186 milyon manata çatıb.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirlər 7 milyard manat, xərcləri isə 8.1 milyard manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 2.3 milyard manat və ya 25.2 faiz azalıb.

Büdcə xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 milyard manat və ya 17.8 faiz azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info