Büdcədən ödəmələrlə bağlı yeni layihə hazırlanacaq

  • By admin
  • 07 İyun 2023 13:03

İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni layihə hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

“Təkcə podratçılara verilən ödənişlərlə bağlı yox, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq”, – deyə T.Mirkişili bildirib.

Bundan əvvəl deputat Elnur Allahverdiyev Qarabağda fəaliyyət göstərən iş adamlarına büdcədən ödənişlərdə gecikmələr olduğunu və bununla bağlı narazılıqlar yaşandığını açıqlayıb.

Gununsesi.info