“Budyo Qlimt” – “Qarabağ” matçını onlar idarə edəcək

Norveçdə yerli “Budyo Qlimt” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.

Gununsesi.info xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FİFA referisi Luis Qodinyo idarə edəcək. Ona Rut Teyşeyra və Pedro Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Narçiso yerinə yetirəcək. VAR-da Huüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Gununsesi.info