Buffondan möhtəşəm göstərici

  • By admin
  • 06 Noyabr 2016 19:47

b

 

İtaliya A seriyasının XII turu çərçivəsində baş tutan “Kyevo” – “Yuventus” oyunu Canluici Buffon üçün əlamətdar olub.

Gununsesi.info apasport.az-a istinadən xəbər verir ki, bu görüş əfsanəvi qapıçı üçün A seriyasında 600-cü matç olub.
Bununla da o, A seriyasında ən çox oyun keçirən qapıçı olub.
Ümumilikdə isə İtaliya birinciliyində ən çox oyun keçirən futbolçuPaolo Maldinidir – 647 matç. 615 görüşdə meydana çıxan Xavier Zanetti ikinci, 607 qarşılaşma oynamış Totti isə üçüncüdür.
Qeyd edək ki, Buffon A seriyasında 1995-ci ildə debüt edib. O, həmin ilin 19 noyabrında “Parma”nın heyətində “Milan“a qarşı oynamışdı.

Gununsesi.info