Bugatti Veyrona məxsus özəlliklər - DÜNYANIN ƏN BAHALI AVTOMOBİLİNİN QANADI VAR - FOTOLAR

  • By admin
  • 02 Aprel 2017 17:44

bugatti

Bugatti firmasının Bugatti Veyron adlanan Veyron 16.4 modeli dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon avro) ardıcıl istehsal halındakı avtomobilidir. Veyron, adını Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939-cu ildə qazanan Pierre Veyrondan alıb.

Gununsesi.info-nun auto.az-a istinadən verdiyi məlumata görə, dünyanın ən sürətli avtomobilləri sırasında qərarlaşan Bugatti Veyron bir çox özəlliklərə sahibdir.

Beləliklə, Bugatti Veyron haqqında maraqlı faktlar təqdim edirik:

  1. Bugatti-nin əyləcləri aerobuslar üçün əyləc istehsal edən şirkət tərəfindən hazırlanıb.
  2. Bugatti-nin məxsusi qanadı var ki, o, avtomatik olaraq sürətə görə tənzimlənir. O, Bugatti-yə yerdə qalmağa kömək edir. Belə ki, avtomobil təyyarənin uçuş sıçrayışından daha sürətli gedir.
  3. Onu aerokosmik konstruktorlarla birgə hazırlayıblar.
  4. Loqotipdə Ettore Buqattinin inisialları var – o, şirkətin təsisçisidir.
  5. Bugatti-də ikili V-şəkilli, 8-silindrli mühərrik var və birlikdə onlar W 16 silindr deməkdir ki, bu da avtomobilə həm şəhərdə, həm də trasda rahat hərəkət imkanı verir. Mühərrik titandan hazırlanıb. 3500-dən çox hissədən ibarətdir.
  6. Mühərrikin əsl gücü 3000 a.g.-dür. Enerjinin 2/3-si istiyə sərf olunur. Mühərrik ilk dəfə sınaqdan keçiriləndə az qala bina yanacaqdı. Çünki bu zaman o qədər istilik yaranmışdı ki, bu, qış mövsümündə 100 evi qızdırmağa bəs edərdi.
  7. Bugatti Veyron-nun 300 km/saatdan çox sürətlə ilk sınağı zamanı qaz buraxma borularından 2 metr uzunluğunda alov çıxmışdı. Əvvəlcə bunu belə də saxlamaq istədilər, lakin qanunsuz olduğundan nadir soyutma sistemi yaratmalı oldular.
  8. 300 km/saat cəmi 17 saniyəyə yığılır.
  9. Sürət keçidi güc itirmədən baş verir – cəmi 150 milli saniyə, bu da göz qırpımından tezdir. Bu, ikili muftası olan sürət qutusu sayəsindədir.
  10. Sürət keçidinin kontrolleri 4 kompüterdən daha güclüdür.
  11. Bugatti-nin əyləc diskləri yüksək texnologiyalı kömür-titan keramikasının qarışığından hazırlanıb.
  12. Bugatti-nin iki əyləc sistemi var – biri mexaniki (təkərlərdə), digəri isə aerodinamik (palçıq qoruyucularında).
  13. 407 km/saatda dayanmaq üçün Bugatti-yə 10 saniyə lazımdır.
  14. Bugatti üçün məxsusi şinlər hazırlamaq məcburiyyətində qalıblar. Belə ki, hələ 400 km/saatdan yuxarı sürətdə funksiyalarını yerinə yetirmək üçün şin istehsal edilməyib.
  15. Arxa təkərlərin eni 37 santimetrdir.
  16. Benzin çəninin tutumu 100 litrdir. Bugatti yanacaq yandırmağı çox sevir – şəhərdə 37 litr/100 km, trasda 14,9.
  17. Bugatti-də hər bir detal əl ilə yığılır.

bugatti2

bugatti3

bugatti4

Gununsesi.info