Buğdaya olan tələbat 100 faiz idxaldan aslıdır - VAHİD MƏHƏRRƏMOV

  • By admin
  • 02 Fevral 2017 14:54

vahid

Ölkənin buğdaya olan tələbatı tam idxaldan asılı vəziyyətə düşüb.

Gununsesi.info-ya bu haqda kənd təsərrüfatı müətəxxəsisi Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, ölkənin buğdaya olan tələbat 100 faiz idxaldan aslıdır: “Keçən il Azərbaycana 1,6 milyon ton buğda idxal olunub. Bu isə, əvvəlki illə müqayisədə 246 min ton çoxdur. İdxal olunan buğda həm də ölkənin 1 illik istehlak təlabatından 200 min ton artıqdır”.

Kənd təsərrüfatı üzrə mütəxəssisə görə, uzun illər sahənin inkişaf etdirilməsi adı ilə yüz milyonlarla manat büdcə vəsaiti xərclənib: “Son bir neçə ildə iyirmiyə yaxın iri fermer təsərrüfatı yaradılıb, 100 min hektar örüş sahəsini dövriyyədən çıxarıb və  buğda əkini üçün istifadəyə veriblər. Nəticə  isə sıfırdan  aşağıdır”. 

Vüsalər Rüstəmova

Gununsesi.info