Bugünkü ay tutulmasına Azərbaycandan baxmaq olacaq?

  • By admin
  • 08 Noyabr 2022 12:03

Bu gün – noyabrın 8-də tam Ay tutulması olacaq. Bu hadisə 2022-ci ilin ikinci ay tutulmasıdır.

Ay 85 dəqiqə ərzində Yerin kölgəsində qalacaq və bu da onun qırmızı görünməsinə səbəb olacaq. Buna görə də bu fenomen “Qanlı Ay” adlanır.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki tutulma Asiya, Avstraliya, Sakit Okean və Amerikadan görünəcək.

Ay tutulması Bakı vaxtı ilə gündüz saatlarına təsadüf edəcəyindən, Azərbaycanda onu müşahidə etmək mümkün olmayacaq.

Gununsesi.info