Bugünkü depozit hərracında tələb təklifi kəskin üstələdi

  • By admin
  • 12 Dekabr 2016 15:28

merkezi bank

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, hərracda tələb 130 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,54% təşkil edib.

Bundan öncə Mərkəzi Bank bildirib ki, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edəcək.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% səviyyəsində müəyyən olunub.
Hərrac “Bloomberg” ticarət platformasında keçirilib.

Gununsesi.info