Bugünkü hərracda dollar 1,74 manatı keçib - MƏZƏNNƏ

  • By admin
  • 08 Dekabr 2016 12:20

dollar

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 manat məzənnəsi ilə başlayıb və 1,7414 manat məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki, AMB bu gün üçün dolların məzənnəsini 1,7369 manat səviyyəsində müəyyən edib.

Gununsesi.info