Bugünkü valyuta hərracında 97.5 milyon dollar satılıb

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

 

Bankdan Gununsesi.info -ya bildirilib ki, hərracda tələb 97,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.