Türk klassik musiqisinin divası Bülent Ersoya 3 ayda hazırlanmış 3 milyon TL dəyərində xüsusi dizaynlı mərmər çanta hədiyyə edilib.
Gununsesi.info türk mediasına istinadla xəbər verir ki, diva tez-tez göz qamaşdıran səhnə geyimləri, dəbdəbəli zinət əşyaları və üslubu ilə gündəmə gəlir. Sonuncu dəfə Afyonkarahisarda səhnəyə çıxan Ersoya 3 milyon TL dəyərində mərmər çanta hədiyyə edilib.
Hədiyyə olunan çanta dünyanın ən bahalı mərmərindən Afyonlu ustaların əl işidir.