Bulvarda kaktuslara zərər vuran qadın saxlanıldı - VİDEO/YENİLƏNDİ

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, qadının azyaşlı uşağının olması nəzərə alınaraq o, 75 manat məbləğində cərimə edilib.

11:02

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Gununsesi.info