Bulvarda skuterlər qadağan edilib? - Rəsmi cavab

Sosial şəbəkələrdə Dənizkənarı Bulvarda skuterlərin qadağan olunması ilə bağlı xəbərlər yayılılb.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama yayılıb.

Bildirilib ki, bununla bağlı hansısa qərar yoxdur:

“İdarənin Mühafizə xidməti tərəfindən skuterləri qanunsuz icarəyə verən şəxslər və təhlükəsizlik qaydalarına riayət etməyən skuter istifadəçilərinə qarşı mübarizə tədbirləri aparılır. Sosial şəbəkələrdə bulvar ərazisində bu mikromobillik vasitələrinin istifadəsinə qoyulan qadağa ilə bağlı yayılan məlumatlar isə skuterləri icarəyə verən özəl şirkətlərdən birinin profilaktik tədbirlər məqsədilə verdiyi qərardır və bu həmin şirkətin daxili qaydasıdır”.

 

 

Gununsesi.info