Bulvardakı pişik belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin qarşısında, dəniz sahilindəki köhnə estakadanın üzərində bir pişiyin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal əraziyə cəlb edilib.

HTML tutorial

Xilasedicilər müvafiq vasitələrdən istifadə edərək pişiyi xilas ediblər.

Gununsesi.info