Buna görə uduzdum - Peres

  • By admin
  • 11 May 2022 10:48

“Red Bull” komandasının pilotu Serxio Peres bildirib ki, motor probleminə görə Mayamidə qalib gələ bilməyib.

Gununsesi.info xəbər verir ki, meksikalı pilot yarışda 4-cü yerdə gedərkən, motor birdən-birə güc itirib. Komanda araşdırma aparandan sonra məlum olub ki, motorda sensor problemi var.

Buna baxmayaraq, yarışa davam edən Peres təhlükəsizlik maşını rejimində “medium” təkərə keçib. Bu hal ona qələbə şansı verirdi, çünki önündəki hər üç pilot işlənmiş “hard” təkərlə yarışırdı. Buna baxmayaraq, 32 yaşlı pilot Karlos Saynsı belə keçə bilməyib və dördüncülüklə barışıb.

Serxio Peres qeyd edib ki, yeri yaxşı olub: “Heyif ki, DRS açsam belə, Karlosa çata bilmədim. Düzlüklərdə fərq çox idi. Döngələrdə ona yaxın olmaq üçün əlimdən gələni etsəm də, təkərlər çox qızırdı. Kiçik fürsətim olanda da dəyərləndirməyə çalışdım, amma trayektoriyadan kənar hissə çox çirkli idi. Ondan sonra rəqibimə yaxınlaşa bilmədim.

Bolidimin motoru yaxşı işləsə, qələbə şansım olardı. Deyəsən sensor problemi yaşadım. İki dövrəyə 7 saniyə itirdim. Ondan sonra motor əvvəlki kimi işləmədi. Çox vaxt itirirdim. Düzlüklərdə 10 km/saat yavaş idim. Ən azından yarışı bitirə bildik”.

Gununsesi.info