“Qarabağ”ın Avropa Liqasının 1/8 finaldakı rəqibi “Bayer” Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb.
Gununsesi.info xəbər verir ki, Leverkuzen klubu səfərdə “Köln”ə qalib gəlib.
Xabi Alonsonun yetirmələri rəqibi 2:0 hesabı ilə məğlub ediblər. “Bayer”in heyətində Frimponq və Qrimaldo fərqləniblər. Ardıcıl 5-ci qələbəsini qazanan komanda lider mövqeyini bir az da möhkəmləndirib. Leverkuzenlilər “Bavariya”nı 10 xal qabaqlayır.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda baş tutacaq.
Gununsesi.info