Bunlar uydurmadır - Podolyakdan İsrailin sabiq baş nazirinə cavab

  • By admin
  • 05 Fevral 2023 19:35

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İsrailin sabiq baş naziri Naftali Bennetin Rusiya Prezidenti Vladimir Putindən Ukrayna lideri Volodimir Zelenskini öldürməmək barədə söz alması ilə bağlı açıqlamasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, müşavir bu barədə tviter səhifəsində yazıb.

“Vasitəçiliklə bağlı keçmiş liderlərdən qəribə insayderlər var: Putin guya Zelenskini “öldürməmək üçün zəmanət” verib və Qərb “perspektivli danışıqları dayandırıb”. Amma bütün bunlar uydurmadır”, – deyə o qeyd edib.

Podolyak vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzünün arxasında “NATO-nun genişlənməsi”, təhlükəsizlik zəmanətləri və ya sanksiyalar deyil, işğalçı ölkənin Ukraynanı məhv etmək, ukraynalıları öldürmək istəyi dayanır.

Gununsesi.info