“Ölkənin sərvətini bu qədər talan etmək olmaz”.
Gununsesi.org xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirdi ki, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir:
“İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir. Hansı rayon icra başçısı təyin olunurlarsa, başlayırlar ancaq özlərinə sərvət yığmağa. Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar? Gənc icra başçıları inanmıram ki, bu cür addımlar atsınlar, amma uzun müddət bu sahədə işləyən adamlara nəzarəti Gücləndirmək lazımdır. Bunlar yalan danışırlar, hamısının milyonları var. Elə ən çox pul o “kirayədə qalıram” deyən icra başçısındadır”.