
Dünyadakı ən məşhur 5 qanun hansıdır? Özəlliklə, Mörfi Qanunu ən maraq edilən və tez-tez başımıza gələnlər arasındadır. Amerikalı mühəndis Edvard Mörfi tərəfindən yaradılan “Mörfi Qanunu”nda gerçəklik əsas alınır. Ancaq “Mörfi”nin çölündə dünyada adı bilinməyən sıxlıqla başımıza gələn tanınmış başqa qanunlar da var. Dünyadakı ən məşhur 5 qanun…
Gununsesi.info xarici mətbuata istinadən maraqlı yazını sizə təqdim edir.
1. Mörfi Qanunu
Bu qanuna görə, bir şeyin olacağından nə qədər qorxarsınızsa, o şeyin gerçəkləşmə ehtimalı da həmin qədər çoxalar. “Mörfi Qanunları” təməl olaraq bu sözə söykənir:
“Əgər bir işi həll etmək üçün birdən çox ehtimal varsa və bu ehtimallardan biri istənməyən nəticələr və ya fəlakət doğuracaqsa, mütləq bu ehtimal gerçəkləşər”.
2. KİDLİN QANUNU
Bu qanuna görə, bir problemi bir yerə açıq və dəqiq şəkildə yazarsınızsa, məsələnin yarısı həll edilmiş olar.
3. GİLBERT QANUNU
Bu qanunla bir işə başladığında istənilən nəticələri təmin etmək üçün ən gözəl yolları tapmaq hər zaman sənin məsuliyyətindir.
4. WİLSON QANUNU
Wilson Qanununa əsasən, bilgi və zəkanı hər zaman ön planda tutarsınızsa, pul gəlməyə davam edər.
5. FOLKAND QANUNU
Folkand Qanununa görə, əgər bir mövzuda qərar vermək məcburiyyətində deyilsənsə, qərar vermə.
Tərcümə: Arzu