Rusiya ilə İraq hərbi texniki sahədə əməkdaşlığı fəal şəkildə davam etdirir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Yaxın Şərqdəki vəziyyəti diqqətlə müşahidə edirik. Region və İraqda çətin bir durum var. Bunu qətiyyən görürük. İqtisadi sahədə əməkdaşlıq etməyimiz üçün lazımlı çox şey var. Ancaq başqa sahələrdə, xüsusilə də hərbi-texniki sahədə olmaqla, əməkdaşlığımız davam edir. Rusiya bu sahədə fəal şəkildə İraqa kömək edir”, – Putin söyləyib.
Gununsesi.info