“Bura İlham Əliyevin tapşırığı əsasında gəlmişik” - HİKMƏT HACIYEV

  • By admin
  • 11 Oktyabr 2020 14:06

“İnsanların sıx şəkildə yaşadığı bir yerə raket atıblar. Bu şəraitdə raket atanlar onun dağıtma gücünü də çox yaxşı bilirlər. Yenə də xaincəsinə, şərəfsizcəsinə mülki insanlara qarşı bunu istifadə edirlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Gəncədə dağıntıların olduğu əraziyə baş çəkən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

HTML tutorial

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri həlak olan mülki insanlara görə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib. Həmçinin bildirib ki, Gəncəyə Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Baş prokuror və digər həmkarlarla birgə gəliblər. Yaxın vaxtlarda Gəncə Şəhər Prokurorluğunda mətbuat konfransı da olacaq və suallara aydınlıq gətiriləcək.

“Hazırda mövcud vəziyyəti dəyərləndiririk və bu, Ermənistan tərəfindən asılıdır. Biz bunu genosid faktı kimi qiymətləndirik. Ermənistan yenə də öz silahlı qüvvələrindən istifadə edərək Azərbaycanın mülki şəxslərinə qarşı bu kimi xain əməlləri həyata keçirəcəyi təqdirdə, Azərbaycan da beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyası əsasında bu hüququ özündə saxlayır ki, legitim hərbi hədəflərə qarşı zəruri tədbirləri görsün”.

 

Gununsesi.info