Burada qızlar təbii yolla oğlana çevrilir - FOTOLAR

  • By admin
  • 25 May 2017 11:16

domonikan

Dominikan Respublikasında yaşayan bir qəbilədə qızlar yetkinlik yaşına çatarkən heç bir cərrahi əməliyyat olmadan oğlana çevrilirlər. Qəbilə üzvləri tərəfindən bu proses quevedoçes adlanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaçı Mayk Mozli bu ölkədə tədqiqat apararaq Conni adlı yeniyetmənin təkamül prosesinin şahidi olub. Qız kimi böyüyən və qadın cinsiyyət orqanına malik Conni cinsi yetişkənlik dövründə oğlana çevrilib və onda təbii şəkildə kişi cinsiyyət orqanı yaranıb. Mozli kiçik yaşlarında onun Feliçita adlandırıldığını, qırmızı donda məktəbə getdiyini və qız paltarında özünü həmişə narahat hiss etdiyini deyir. İndi Karlos olan Karla da eyni taleyi yaşayıb. Nyu -Yokun Kornell Tibb Kollecinin professoru Culiana İmperato Makkinli bu məsələni aydınlaşdırmaq üçün həmin kənddə 1970-ci ildən etibarən uzun müddət yaşayıb və bu prosesə xromosomların səbəb olduğu qənaətinə gəlib.. Ana bətnində XX xromosomları üstünlük təşkil edirsə körpə qız, XY xromosomları üstünlük təşkil edirsə körpə oğlan doğulur. Diqidrotesteron deyilən hormonun ayrılmaması körpənin ömürlük cinsini təyin edir. Araşdırmalar zamanı məlum olub ki, ana bətnində alfa5 fermentinin çatışmazlığı (hansı ki, bu ferment diqidrotesteronun yaranmasına təsir edir) kiçik qızların gələcəkdə oğlana çevrilməsinə səbəb olur və bu genetik xəstəlikdir. Çünki bu hala dünyanın başqa heç bir yerində rast gəlinməyib.

Gununsesi.info əvvəllər qız olan Karlosun uşaqlıq fotoşəklini və hazırkı görüntüsünü təqdim edir.

domonikan2

 

domonikan1

Gununsesi.info