İllər əvvəl çəkiliş meydançasında başlayan dostluqları sevgiyə çevrilərək 2016-cı ildə ailə quran Burak Özçivit və Fahriye Evcen cütlüyünə reklam təklifləri gəlir. Daha əvvəl birlikdə kamera qarşısına keçən cütlük bu dəfə 80 milyon TL-lik təklif alıb.
Gununsesi.info bildirir ki, TV8 ekranlarında yayımlanan xəbərə görə, cütlük 2023-cü ilə nəhəng bir razılaşma ilə yekun vurub.
İki uğurlu sənətçi məşhur mebel markasının siması olub. Cütlük iki illik razılaşmaya görə 80 milyon TL qazanıb.
Aktrisa Fahriye Evcen daha əvvəl şampun, makiyaj və geyim markalarının reklamlarına çəkilmişdi. İki uşaq anası olan aktrisa son aylar uşaq bezi reklamında oğlu Karan ilə kamera qarşısına keçib.
Özçivit uzun illər aktyorluq fəaliyyəti ilə yanaşı, həm də şampun və geyim markalarının reklam siması olub.
Gununsesi.info