Buraxılış imtahanında 1 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat tapılıb

  • By ilhame
  • 17 Mart 2024 16:21

 

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

 

Bu barədə sayta Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

 

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Gununsesi.info