Burcanadze Saakaşviliyə qarşı atılan addımları qınadı: "Faşistlər belə üsullardan istifadə edirlər"

  • By admin
  • 01 Yanvar 2022 12:35

“Onlar Saakaşvilini həm fiziki, həm də mənəvi cəhətdən məhv etmək istəyirlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” partiyasının rəhbəri Nino Burcanadze, Mixeil Saakaşvilinin yenidən Rustavi həbsxanasına köçürülməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hakimiyyətin hərəkətləri çox ağır olaraq özlərinə geri qayıdacaq:

“Hakimiyyətin hərəkətləri şübhəsiz ki, çox ağır olaraq özlərinə geri qayıdacaq. Məni getdikcə daha çox narahat edir ki, hökumətin özü də indi etdiklərinin necə pis nəticələnəcəyini dərk etmir. Bu, Yeni ildə böhranın pik nöqtəsində olmaq istəməyən insanlara qarşı elementar hörmətsizlikdir, insanlar onsuz da gərgindir. Mən ictimaiyyətə xəbərdarlıq edirəm, eyni ilə 2003-2004-cü illərdə də bu cür xəbərdarlıq edirdim. Lakin onda daha az hadisələr baş verirdi, Gürcü Arzusu indi Gürcüstanda ən sərt rejimi qurmaq istəyir”, – deyə N. Burcanadze bildirib.

Gununsesi.info