
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ciddi layihələrini icra edir və onun bu son hərəkətləri də 2018-ci ildə Rusiyada keçirilən Futbol üzrə Dünya çempionatını pozmağa xidmət edir.
Gununsesi.info xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin sabiq spikeri, “Vahid Gürcüstan-demokratik hərəkat” Partiyasının lideri Nino Burcanadze Rusiyanın “Nezavisimaya qazeta”sına müsahibəsində deyib.
Onun sözlərinə görə, Saakaşvilinin bu fəaliyyəti 2018-ci ildə Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatının və Rusiyada keçiriləcək seçkiləri pozmağa yönəlib. O deyib ki, MKİ istəyir ki, Ukrayna, Moldova, Gürcüstan və Rusiyada ciddi problemlər yaransın və bu planın uğurla həyata keçirilməsi üçün Mixail Saakaşvili ən yaxşı namizəddir.
N.Burcanadze əlavə edib ki, Saakaşvilinin nə edəcəyini heç kim bilmir: “Hazırda əsas məqsəd Ukraynada vəziyyəti gərginləşdirməklə Rusiyanı bu prosesə cəlb etməkdir. Yəni Rusiya da baş verən proseslərə hansısa formada reaksiya vermək zorunda qalsın. Bununla da həmin dairələr öz niyyətlərini həyata keçirsinlər. Çünki Ukraynada baş verənlər istənilən halda Rusiyaya öz təsirini göstərir”.
Gununsesi.info












