Bürclər hansı sahələrdə daha uğurludur

  • By admin
  • 29 May 2023 11:38

Uşaqlığımızdan bəri yaxın ətrafımız, ailəmiz və dostrlarımız seçimlərimizdə müəyyənedici amil olub. Ona görə də danılmaz faktdır ki, verdiyimiz hər qərar, atdığımız hər addım istər-istəməz bizi bir peşəyə aparır. Astroloqların fikrincə bu amillər arasında bürclərin də həyatımızı formalaşdıra biləcək xüsusi rolu var.

Gununsesi.info mütəxəssis astroloqların araşdırmalarına istinadən hansı bürcə hansı peşələrin daha uyğun olduğunu sizlərə təqdim edir:

Oğlaq

Oğlaqları iş həyatlarında adətən idaredici vəzifəsində görmək olur. Onlar həmçinin texnologiya və riyaziyyata olan qabiliyyətləri ilə tanınırlar. Qaydalara əməl etməyi və proqramlara sadiq qalmağı sevən Oğlaqlara tövsiyə edilən peşə və sektorlar:

Təşkilatçı, siyasətçi, redaktor, bank və sığorta sahəsi, mədənçi, daşınmaz əmlak sektoru.

Dolça

Dolça bürcləri çox sosialdır. Onlar komanda ilə işləmək xüsusiyyətləri sayəsində iş həyatında çox uğurludurlar. Arxeologiya, sosiologiya kimi elmi sahələrdə uğur yaxşı olduqları kimi aktyorluq və rəqs kimi sahələrdə də xoşbəxt ola bilərlər. Dolçalar üçün uyğun peşələr belədir:

Dizayner, pilot, alim, filosof, musiqiçi, yazıçı, həkim, karikaturaçı.

Balıqlar

Balıqlar sənətkar ruhlu insanlardır və ofis işləri üçün uyğun deyillər. Yüksək təxəyyül və emosional quruluşa malik olduqları üçün, bu keyfiyyətləri bəsləyəcək işlər gördükləri zaman uğurları qaçılmaz olur. Onlar üçün ən uyğun peşələr aşağıdakılardır:

Dalğıc, rəssam, memar, psixoloq, sosial işçi, fizioterapevt, baytar, atlet.

Qoç

Qoçların yüksək enerjisi, görmək istədikləri işdən yapışmaqda onlara çox dəstək olur. Maneələr və təzyiqlər onları qorxutmur. Əsasən aşağıdakı peşələr Qoçlara uyğundur:

Kimyaçı, mühəndis, hərbi xidmət, biznesin idarə edilməsi, əyləncə sahəsi, tənqidçi, polislik, xilasedici.

Buğa

Buğa iş həyatında rahat, sənət yönü ilə çox güclü olan bürclərdən biridir. Onlar öz məqsədlərinə çatmaq üçün o qədər çalışırlar ki, iş yoldaşları öz fəaliyyətlərinə görə pis hiss edə bilərlər. Veneranın hakimiyyəti altında olduqları üçün gözəllik və harmoniya ilə bağlı olan, lakin çox enerji sərf etməyən işlərdə daha üstündürlər. Buğalar üçün ən uyğun peşələri belə sıralamaq olar:

Rəssamlıq, tibb sahəsi, dekorasiya və dizayn, vəkillik, ictimaiyyətlə əlaqələr, memarlıq, mühasib, gülçülük, idarəedici.

Əkizlər

Əkizlər sürətli işləyən aktiv zəkaya sahib olduqları üçün ətrafdakı insanların yavaş iş tempini anlaya bilmirlər. Əkizlər bürcü hər bir müdirin işləmək istədiyi bürclər arasında liderlik edir. Onlar üçün ən uyğun peşələr bunlardır:

Diplomat, ədəbiyyatçı, birja broker, hüquqşünas, kommutator operatoru, müəllim, məsləhətçi, jurnalist.

Xərçəng

Adətən emosional daxili aləmə sahib olan xərçənglər çalışqan bürc olduqları üçün adətən karyeralarında uğur qazanırlar. Yaxşı bir təhsil həyatı keçən xərçənglər, iş həyatında bir az uzun çəksə də, yüksək vəzifələrə gəlirlər. Xərçənglər üçün də bir sıra uyğun peşələr var:

Turizm, incəsənət, tibb bacısı, tədris, bağçılıq, uşaq baxımı, aptekçi.

Şir

Şirlərin hər şeydə aydın üslubu var. Təqdir etdikləri mövzunu hərəkətləri ilə göstərirlər. Başladıqları bir işdə son dərəcə israrlıdırlar. Şirlərə uyğun peşələr aşağıdakılardır:

Dövlət işində məmur, CEO, dəb dizayneri, tur bələdçisi, satış mütəxəssisi, icraçı, fotoqraf.

Qız

Qız bürcü çox mükəmməllikçi, analitik, çalışqan və riyazi cəhətdən ağıllı zodiak ünsürüdür. Onlara uyğun əsas peşələr belədir:

Müəllim, yazar, katiblik, nəşriyyat, arxivist, mühasib, jurnalistika, kitabxanaçı.

Tərəzi

Tərəzinin işi çox çətin olmamalıdır. Heç kim nəyin hara uyğun olduğunu onlardan yaxşı bilmir. Tərəzilər əsasən aşağıdakı peşlərlə məşğul olur:

Aparıcı, satıcı, nəzarətçi, siyasətçi, hüquq, ictimaiyyətlə əlaqələr, estetika.

Əqrəb

Əqrəblər yüksək planlaşdırma bacarığına və güclü xarakterə malikdirlər. Onlarda “şeytan tükü” olduğunu da deyə bilərik. Əsasən bu peşələrlə məşğul olurlar:

Detektiv, icraçı, rəssam, təlimçi, reklamçı, tədqiqatçı, satış və marketinq, alim.

Oxatan

Oxatanların strukturlarında məhsuldarlıq, elmilik var. Oxatan Yupiter tərəfindən idarə olunduğu üçün səyahət etmək, gəzmək, təmiz havada olmaq və fəlsəfi düşünməkdə mahirdir. Oxatanlara uyğun peşələri belə sıralamaq olar:

Siyasət, ruhani, məsləhətçi, menecer, filosof, ictimaiyyətlə əlaqələr, stüardessa, köməkçilik.

Gununsesi.info