Bürclərə uyğun ən yaxşı 8 Mart hədiyyə ideyaları - FOTOLAR

  • By admin
  • 06 Mart 2023 12:33

Gül, şokolad, oyuncaq ayı, yoxsa bahalı ətir? Hər 8 Martda eyni suallar və təkrarlanan hədiyyələr. Bu il adi standartlardan çox uzağa – fəzaya qədər çatıb ətrafınızdakı xanımların xarakterindən xəbər verən ən yaxşı hədiyyələri tapmaq şansınız var.

Hazırsınızsa, qadınların istədiklərini ulduzlar qulağınıza pıçıldasın…

Əkizlər, tərəzi, dolça: Yeniliklərdə sərhəd tanımayan və hava kimi dəyişkən olan hava ünsürlü bu üçlüyü təəccübləndirmək o qədər də asan deyil. Lakin onların da sevərək istifadə edəcəyi hədiyyələr mütləq ki, var. Məsələn, bu xanımların havalı tərzlərinə biraz da hava qatmaq istəyirsinizsə, ən yaxşısı onlara Rowenta fenini hədiyyə edin. Beləliklə, 3 fərqli rejimdə çalışan modelin şəkilləndirmə üçün hava daraldıcı və saçlara ikiqat həcm qazandıran diffuzor başlığı sayəsində onların cazibədar görünüşündə sizin də payınız olacaq.

Qoç, şir, oxatan: Göz önündə olmağı sevən od ünsürlü bu xanımlar bitib-tükənməyən enerji və həyat eşqi ilə doludurlar. Onlar zamanın nəbzini tutmağı  yaxşı bacarır. Elə isə siz də 8 Martda onların nəbzini 72 saatadək işləmə müddəti olan Lora smart saatı ilə tutun. İdmanla məşğul olmağı sevən qoç, şir və oxatan xanımlar üçün unikal hədiyyə seçimi olan Lora, ürək ritmi göstəricisi, kalori hesablayıcı, yuxu analizi kimi funksiyaları ilə hər zaman onların aktiv həyat tərzi ilə ayaqlaşacaq.

Xərçəng, əqrəb, balıq: Emosional, həssas, qayğıkeş – bu ifadələr su elementinin nümayəndələrinə çox doğmadır. Ünsiyyətcil olmaqları ilə seçilib, yaxınlarını 1 dəqiqə belə gözdən qoymayan bu xanımları sevindirmək üçün 64 GB yaddaşlı Samsung Galaxy A23 smartfonunu almağınız kifayət edər. Məxmər kimi incə rəngə malik bu model onların yumşaq qəlblərinə yağ kimi yayılacaq.

Buğa, qız, oğlaq: Ayaqlarının üstündə möhkəm dayanmağı bacaran “torpaq” qadınlarına həyatlarına komfort gətirəcək istənilən hədiyyə uyğundur. Praktikliyi sevən bu xanımlara zəhmətsiz yemək hazırlamağa kömək edən Tefal fritozunu bağışlamağa nə deyirsiniz? 4.2 l tutumu olan Tefal, az enerji sərfiyyatı ilə klassik sobalara ideal alternativdir. Bir sözlə, Tefal fritozunu alın, onların hazırladığı dadlı yeməkləri tərifləmək isə nə badə yadınızdan çıxmasın.

Odur ki, sıra sizdədir. 8 Martda “Qadınlar nə istəyir?” sualına cavab tapmağınız üçün doğru ünvanları bilirsiniz.

Gununsesi.info