Burcu Biricik: “Mən Nalanı deyil, Nalan məni oynayır”

  • By admin
  • 16 Dekabr 2021 18:38

“Camdakı kız” serialının baş rol aktrisası Burcu Biricik Nalan obrazının həyatında ciddi iz qoyduğunu dilə gətirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa Meriç Aral və Eefe Tunçerin aparıcılığı ilə yutubda yayımlanan “Teras Noir” adlı verilişdə qonaq olub. O, “Oynadığınız rollar sizdə qalıcı təsir buraxırmı” sualına belə cavab verib:

“Çox vaxt biz öz rolumuzu oynayırıq və çəkilişlər bitəndə deyirik ki, iş bitdi. Əvvəllər mənim üçün belə idi. Lakin son vaxtlar oynadığım rolların içində qalmalı oldum. Məsələn, “Fatma”da hazırlıq və bütün çəkiliş prosesində bütün enerjimi sərf etməyə çalışırdım. Bu bitdikdən sonra, belimi düzəldə bildim və Boncuk rolu sayəsində enerji topladım. Çünki onun əhatə dairəsi daha geniş rol idi. Təbii ki, bu qədər dərinliyi üst-üstə düşən rolları oynamaq səni istər-istəməz yorur. “Camdakı kız” da çətin işdir, amma yorulub ağlını itirəndə əylənməyə başlayırsan. Zarafat bir yana, demək olar ki, 13 saat o obraz kimi yaşayırsan, onunla yatıb, onunla oyanırsan. Deyəsən, mən Nalanı yox, Nalan məni oynayır”.

Gununsesi.info