“Burda qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 19 Oktyabr 2017 11:58

??????????????????????????????????????????????????????????

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna daha bir yeni maddə əlavə edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə oktyabrın 19 Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə  məlumat verib.

Onun sözlərinə görə, elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır:

Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.

Millət vəkili isə Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən, qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi:

“Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada, o cümlədən,  qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info