Burkina Fasoda qanlı hücum – 34 nəfər can verdi

  • By admin
  • 28 İyun 2023 10:58

Burkina Fasoda hərbi karvana silahlı hücum edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, pusquda dayanan silahlılar 31 nəfər əsgəri öldürüblər,  digər 3 nəfər isə mülki vətəndaşlardır.

20 nəfərin yaralandığı, 34 nəfərin can verdiyi silahlı hücum ölkənin mərkəzində yaşanın.

Burkina Faso ordusu açıqlamasında olayı təsdiqləyib.

Rəsmi açıqlamada toqquşmaların çox şiddətli olduğu və 40-dan çox hücumçunun məhv edildiyi bildirilib.

 

Tərcümə: Arzu

Gununsesi.info