“Burnumu kəsdirəndən sonra reklam həyatım bitdi”

“Burnumu kəsdirəndən sonra reklam həyatım bitdi”


Aktyor Onur Büyüktopçu Star TV-də yayımlanan “Bir Hülya Avşar Sohbeti” proqramının qonağı olub.

Gununsesi.info xarici KİV-ə istinadən məlumatına görə, plastik əməliyyata qarşı olmadığını deyən Onur sirrini açıqlayıb.

O bildirib ki, burnunu bəyənmirmiş və əməliyyat etdirib:

“Güzgü qarşısına keçəndə, “Allahım bu burnum qəfildən dəyişərdi” deyirdim. Sonra isə “Allahım sən yaratdın, mən niyə dəyişim” söylədim. Sonra aktyorluq etməyə başladım. Köhnə burnumla 1 ildə beş reklama çəkildim. Burnumu əməliyyat etdirdim reklam həyatım bitdi. Onda 20 yaşım var idi. İndiki ağlım olsaydı etdirməzdim”.

Gununsesi.info

COMMENTS