Bursada ağır yol qəzasında 8 nəfər yaralanıb

  • By Günel
  • 28 Noyabr 2024 08:29

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində səkkiz nəfər yaralanıb.

Gununsesi.info  “Habertürk” ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, baş vermiş toqquşmanın şiddətindən fabrika işçilərini daşıyan xidməti mikroavtobus aşıb. Nəticədə yaralananların hamısı sözügedən nəqliyyat vasitəsinin sərnişinləri olub.

Yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info