
Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, çökmə ehtimalına qarşı bir-birinə bitişik 7 bina boşaldılıb, 60 mənzildə yaşayan ailə təxliyyə olunub. Sakinlərə evlərindən qiymətli əşyaları götürməyə icazə verilib.
Binaların 3 mərtəbəsi torpaq altında qalıb.
Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Gununsesi.info