Bursada ZƏLZƏLƏ

  • By admin
  • 02 İyun 2023 09:15

Türkiyənin Bursa vilayətində yenidən zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Gemlik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Silkələnmə Mərmərə dənizində də hiss olunub.

Gununsesi.info