“Buta Farm” şirkəti yenidən - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB

“Buta Farm” MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

Gununsesi.info xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə  qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Nəsimi Rayon məhkəməsində  hakim Elməddin Hüseynov təyin edilib.

Qeyd edək ki, “Buta Farm” şirkəti daha öncə də həmin məcəllənin 221.1, 452.1,  452.3, 518.1-ci maddələri ilə də məhkəməyə verilib.

Məlumat üçün bildirək ki, “Buta Farm” şirkəti 08.07.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 500 manatdır. Qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur. Hüquqi ünvanı Az1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir.

 

Gununsesi.info