Bütün bədənini döymələrlə örtmək üçün minlərlə avro xərclədi / FOTOLAR

  • By arzu
  • 12 Sentyabr 2023 18:57

Alman model Kerstin Tristanın etdikləri böyük maraqla qarşılanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı qadın bədənini döymələrlə əhatə etməsi üçün 25 min avro xərcləyib.

Yaşlı model bənzərsiz tərzi ilə cəmiyyətin qəliblərini “sındırmaqla” yaddaşlarda özünə yer edir.

Topladığı bütün pulları bədəninə döymələr vurdurmaq üçün xərcləyən Tristan

Alman model 56 yaşlı Kerstin Tristan döymələrinin onun üçün bir həyəcan və xobbi halına gəldiyini söyləyir.
İlk döyməsini 2015-ci ildə etdirdiyini bildirir.
“Sadəcə, bir şeyi sınamaq və yaşamaq istədim. Hər birimiz yalnız 1 dəfə yaşayırıq”, – deyə Kerstin Tristan söyləyib.
   

Tərcümə: Arzu

Gununsesi.info