
Maliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərlikləri Beynəlxalq Bank olaylarında məsuliyyətdən necə yayına bildilər?
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı iləəlaqədar bankın İdarə Heyətinin sabiq sədri Cahangir Haciyev hadisələrdə maliyyə naziri Samir Şərifovu da günahlandırır.
Maliyyə Nazirliynin mətbuat katibi Mayis Piriyev isə ittihamlara cavab verərək bildirb ki, bir qayda olaraq qurum “səfehləmə”lərə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı bir ciddi reaksiya da tələb etmir. Eyni zamanda vurğulayıb ki, MüşahidəŞurasının xəbəri olmadan 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Şuranın qərarlarına zidd olaraq 1,5 mln. manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərəümumilikdə 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro həcmlərində kreditlər verilib ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli vəümidsiz kreditlər qrupuna aid edilib: “Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmışşirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdu. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır”.
Çox maraqlıdır ki, bu qədər vəsaiti doğrudanmı, Müşahidə Şurasının xəbəri olmadan kredit və nəğd pul şəkilində ölkədən çıxarılıb və ya bu, ümumyyətlə, mümküdürmü?
Gununsesi.info xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankın 51 faiz səhm paketi Maliyyə Nazirliynə məxsusdur. Bankın Müşahidə Şurasının sədri isə maliyyə nazirinin birinci müavinidir. On illərlə dövlət bankında baş verənlərdən MüşahidəŞurasının xəbərdar olmaması bir qədər absurd görünür. Ya da onlar işlərini layiqincə yerinə yetirə bilməyiblər. O zaman Maliyyə Nazirliyi məsuliyyətdən niyə kənar qaldı?
İqtisadçı-ekspert Qadir İbrahimlinin sözlərinə görə, C. Hacıyevin işi siyasiləşib: “Əgər obyektiv istintaq aparılsaydı, təkcə Cahangir Hacıyev deyil, Mərkəzi Bankın sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov da məsuliyyətə cəlb olunmalı idi. Ola bilməz ki, milyardlarla dövlət vəsaitnin oğrulanmasından xəbərdar olmasınlar. Mərkəzi Bankın bazasında ölkəüzrə kredit götürənlərin siyahısı var, həmin baza hər gün yenilənir. Mərkəzi Bank mütəmadi olaraq monitorinqlər aparır. Ola bilməzdi ki, bu kreditlərdən Mərkəzi Bank xəbərsiz olsun. Eyni zamanda, Maliyyə Nazirliyi də. Bu qurum Beynəlxalq Bankın MüşahidəŞurasında təmsil olunur, əsas pay sahibidir. Çox təəssüf ki, bu qərar siyasi qərar oldu”.
Q.İbrahimli əlavə edir ki, obyektiv istintaq aparılsaydı, indi C. Hacıyevin yanında adları çəkilən məmurlar da əyləşməli idi: “6 milyardlıq dövlət əmlakı bir neçə qrup tərəfindən mənimsənilib və dövlət bundan əziyyət çəkib”.
Q.Ibrahimliyə görə, həmin vəsaitlərin oğurlanması kəskin devalvasiyaya səbəb olub: “Ona görə də, bu dövlət səviyyəsindəçox bpyük bir cinayət sayılır. Həm istintaq qanun çərçivəsində obyektiv olaraq araşdırılmadı. Cahangir Hacıyevin xadiməsinin adına səhmlər alınıb, sürücüsü, mühafizəcilər adından kartla kreditlər çəkilib. Bütün bu özbaşınalığa göz yumduğuna görəAzərbaycanın bütün maliyyə sturkturunun məsuliyyəti var. Amma istintaq bu olayların üzərinə tam getmədi. Burada maliyyədən daha çox, siyası qərar qəbul edildi. Hansısa proseslərə görə Cahangir Hacıyevin adı qara siyahıya düşdü. Sual olunur ki, bütün bu proseslərin başında Cahangir Hacıyev tək durmuşdurmu?”
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info