“Bütün dünya Azərbaycanın seçki sistemini öyrənir” - Siyavuş Novruzov

  • By admin
  • 09 İyun 2023 11:36

“Vaxtiylə İsa Qəmbər, Pənah Hüseyn parlamentdən səslənirdilər ki, biz silah gücü ilə hakimiyyətə gəlmişik, ancaq silah gücü ilə bizi göndərmək olar”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov səsləndirib.

“İndi demokratiyadan, insan haqlarından danışanlar özlərini cəmiyyətə bu cür ideya ilə sırıyırdılar. Azərbaycanda dövlət çevrilişinin, qardaş qanının tökülməsinin qarşısını Ümummilli Lider Heydər Əliyev aldı. Ulu Öndər Azərbaycanda sivil, demokratik yolla insanların seçilməsi və hakimiyyətdə təmsil olunmasının əsasını qoydu. Hazırda bütün dünya Azərbaycandan seçki sistemini, demokratiyanı öyrənir”, – deyə deputat bildirib.

Gununsesi.info