Bütün müavinət, təqaüd və ünvanlı yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

  • By admin
  • 17 Mart 2022 10:39

Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.

Gununsesi.info